RU

Nizami və Qaradağda oğurluq edənlər saxlandı


Paytaxtın Nizami rayonunda evlərin birindən oğurluq edilib. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən verilən məlumata görə, zərərçəkən polisə müraciət edərək yaşadığı evdən məişət əşyalarının talanmasını bildirib.

Bildirilir ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 37 yaşlı E.Həsənov saxlanılıb.

Binəqədi rayonu Biləcəri qəsəbəsində isə avtomobil ehtiyat hissələrini oğurlamaqda şübhəli bilinən əvvəllər məhkum olunmuş R.Ağarzayev də polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.

Hər iki faktla bağlı araşdırma aparılır.

ZÜMRÜD

Избранный
12
3
baki-xeber.com

5Источники