Bizimyol saytına istinadən ain.az xəbər verir.
ABŞ prezidenti Donald Tramp yenidən ən yüksək vəzifəyə namizədliyini irəli sürə və üçüncü dəfə prezident ola bilər.
Bizimyol.info xəbər verir ki, bu iddianı Amerika liderinin keçmiş baş siyasi strateqi və müşaviri Stiv Bannon irəli sürüb.
"O, üçüncü dəfə prezidentliyi qazanacaq. Tramp 2028-ci ildə keçiriləcək növbəti seçkilərdə prezident olacaq; insanların sadəcə bunu qəbul etməsi lazımdır", - deyə Bannon "YouTube" kanalında yayımlanan "The Economist"ə verdiyi müsahibədə bildirib.
1951-ci ildən bəri prezidentin səlahiyyətlərini iki müddətlə məhdudlaşdıran ABŞ Konstitusiyasına 22-ci düzəlişlə bağlı müsahibə verən Bannon "yenidən seçilmək üçün fərqli alternativlər olduğunu" və bu istiqamətdə konkret addımların "uyğun vaxtda" elan ediləcəyini vurğulayıb.
O, əlavə edib ki, "Trampın dövründə başladığımız işi başa çatdırmalıyıq. Tramp hərəkətverici qüvvədir".
2025-ci ilin may ayında Tramp "NBC News"a verdiyi müsahibədə üçüncü dəfə ən yüksək vəzifəyə yenidən seçilmək niyyətində olmadığını açıqlayıb. O, "cəmi səkkiz il, iki müddət prezident olacağını" qeyd edərək, "bunun həmişə çox vacib olduğunu düşündüyünü" deyib.
Əvvəllər Ağ Ev rəhbəri üçüncü müddətə seçilmək ehtimalını nəzərdən keçirmişdi və mediada yayılan məlumatlara görə, ABŞ prezidenti Ədliyyə Nazirliyinə 2028-ci il prezident seçkilərində potensial namizədliyinin qanuniliyini araşdırmağı tapşırıb.
Qadir, Bizimyol.info
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.