RU

MDU Regional Universitet-Sənaye Birliyi Sammiti 2025”-ə ev sahibliyi edib


Anar Eminov: “İnanıram ki, bu platforma həm regionda universitet–sənaye əlaqələrinin güclənməsinə, həm də gənclərin innovativ düşüncə və məşğulluq imkanlarının artmasına xidmət edəcək”

Mingəçevir regionun ən böyük universitet-sənaye sammitinə ev sahibliyi edir.
Bu gün Mingəçevir Dövlət Universitetində (MDU), Azərbaycan–Türkiyə İş Adamları Birliyi (ATİB) və “HBN Group Academy” ilə birgə təşkil etdiyimiz “Regional Universitet–Sənaye Birliyi Sammiti 2025” uğurla baş tutdu.
Sammit Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) tərəfdaşlığı və “Job in Global” şirkətinin baş sponsorluğu ilə həyata keçirildi. Bu barədə MDU-nun rektoru Anar Eminov Facebook sosial şəbəkə hesabında paylaşım edib.
Rektor Anar Eminovun paylaşımında bildirilir: “Tədbirin açılışında mənimlə yanaşı Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı cənab İlham İsmayılov və Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin şöbə müdiri cənab Müjdət Həsənov, "HBN Group Academy"nin icraçı direktoru Tariyel Dövlət və digər rəsmilər çıxış edərək, universitet–sənaye əməkdaşlığının region inkişafı üçün strateji əhəmiyyətindən bəhs etdilər”.
Tədbir Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsinin anılması, eləcə də şəhid övladlarından ibarət “Zəfər sədası” uşaq xor qrupunun ifasında səslənən Dövlət Himni ilə başladı.
Rektor qeyd edib ki, sammit çərçivəsində Dövlət Məşğulluq Agentliyi, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, Azərbaycan HR İnstitutu,
Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası, Proqress Təlim və Tədris Mərkəzi ilə əməkdaşlıq memorandumları imzalandı.
Gənclərin karyera inkişafına dəstək məqsədilə keçirilən Karyera Sərgisinə 110-dan çox dövlət və özəl müəssisə qoşuldu. Gənclər işəgötürənlərlə birbaşa təmas qurmaq, yeni təcrübə və iş imkanlarını dəyərləndirmək imkanı qazandılar.
Sammitin digər maraqlı hissələrindən biri isə master-klass sessiyaları oldu. Biznes, innovasiya, karyera planlaşdırması və yaşıl inkişaf mövzularında keçirilən görüşlər gənclərimizin bilik və baxış dairəsini daha da genişləndirdi.
“Tədbir “Regiondan Qlobala” konsepti ilə reallaşaraq, Mingəçevirin elm, təhsil və sənaye sinerjisini nümayiş etdirdi. İnanıram ki, bu platforma həm regionda universitet–sənaye əlaqələrinin güclənməsinə, həm də gənclərin innovativ düşüncə və məşğulluq imkanlarının artmasına xidmət edəcək.
Gənclərimizə, tərəfdaşlarımıza, bütün təşkilatçılara və bu təşəbbüsə dəstək verən hər kəsə təşəkkür edirəm!”-deyə A.Eminov bildirib.
Leyla QARAXANLI

Избранный
28
baki-xeber.com

1Источники