RU

Türkiyədə qaçaq miqrantları daşıyan qayıq batıb: 14 ölü

Egey dənizinin Türkiyənin Bodrum sahillərinə düşən ərazisində qaçaq miqrantları daşıyan rezin qayıq batıb.

Hadisə nəticəsində 14 nəfər ölüb.

Ərazidəki axtarış-xilasetmə işlərinə dörd Sahil Mühafizə qayığı, Sahil Mühafizə dalğıc qrupu, helikopter və çoxsaylı heyət cəlb olunub.

İki nəfərin xidmət əməkdaşları tərəfindən xilas edildiyi bildirilir. İtkin düşdüyü ehtimal olunan daha 2 şəxsin axtarış-xilasetmə işləri davam edir.

Избранный
40
1
veteninfo.az

2Источники