RU

Şimali Kiprin yeni prezidenti AND İÇDİ - FOTOLAR

Şimali Kipr Türk Respublikasında (ŞKTR) prezident seçkilərində qalib gələn Tufan Erhürman altıncı prezident kimi and içdi.

Musavat.com “Yeni Düzen” qəzetinə istinadən xəbər verir ki, andiçmə mərasimi ŞKTR parlamentinin binasında baş tutub.

Qəzeti Erhürmanın sözlərini sitat gətirərək bildirib: “Dövlətin mövcudluğunu və müstəqilliyini, ölkənin və xalqın bölünməz bütövlüyünü qoruyacağam”.

Yeni prezident həmçinin qeyd edib ki, suverenliyi müdafiə edəcək, qanunun aliliyinə və Atatürkün prinsiplərinə əsaslanan demokratik, dünyəvi və sosial dövlətə sadiq qalacaq.

Parlament üzvlərinə də vətəndaşların rifahı və xoşbəxtliyi üçün çalışacağına söz verib.

Mərasimdə ŞKTR himni səsləndirilib, Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz mərasimdə iştirak edib. Daha sonra Erhürman Fazıl Küçük və Rauf Denktaşın məzarlarını ziyarət edib, əklil qoyub. O, həmçinin əvvəlki prezident Ersin Tatardan hakimiyyətin ona təhvil verilməsi mərasiminin keçirildiyi ŞKTC Prezident Sarayına gəlib.

Qeyd edək ki, 19 oktyabrda keçirilən prezident seçkilərində Cümhuriyyətçi Türk Partiyasının (CTP) sədri Tufan Erhürman səslərin 62,76%-ni toplayaraq birinci turda qalib gəlib. Onun səlahiyyət müddəti beş ildir.

Musavat.com

Избранный
71
musavat.com

1Источники