RU

Həsən Həsənovun 85 illik yubileyi qeyd olundu

Akademik Milli Dram Teatrında Azərbaycanın görkəmli dövlət xadimi, tarix elmləri doktoru Həsən Həsənovun 85 illik yubileyi qeyd olunub.

Publika.az xəbər verir ki, tədbirdə Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli, Prezident Administrasiyasının Humanitar siyasət, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, həmçinin dövlət və ictimai xadimlər iştirak ediblər.

Mərasimdə çıxış edən millət vəkili, filologiya elmləri doktoru, professor Rafael Hüseynov Həsən Həsənovun dövlətçilik, elm və mədəniyyət sahəsində çoxşaxəli xidmətlərini vurğulayıb.

Tədbir çərçivəsində yubilyarın müəllifi olduğu “Qürbətdən gələn məktublar” tamaşası nümayiş etdirilib. Azərbaycan dramaturgiyasının banisi Mirzə Fətəli Axundzadə və onun oğlu Rəşidin həyatına həsr olunan əsər maarifçilik ideyalarını və milli düşüncəni səhnəyə gətirir.

Избранный
39
6
publika.az

7Источники