RU

Bild: “Çin Almaniyanın avtomobil sənayesini boğur”

Azvision saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

AzVision.az xəbər verir ki, “Bild” nəşrinin məlumatına görə, Çinin “Nexperia” şirkətinə qarşı qoyduğu məhdudiyyətlər Almaniyanın avtomobil və elektronika sənayesi üçün həyati əhəmiyyət kəsb edən mikroçiplərin tədarükündə ciddi fasilələrə səbəb olub. Almaniyanın İqtisadiyyat naziri Kaherina Rayhe Berlinin Pekinə rəsmi etiraz notası göndərdiyini təsdiqləyib. “Biz çip çatışmazlığından çox əziyyət çəkdik, çünki Almaniya iqtisadiyyatı onlardan asılıdır. Bununla bağlı Berlinin Çinin ticarət nazirinə demarş göndərib. Almaniya gərginliyin tezliklə aalması və çip ixracının bərpa olunması siyasətinə sadiqdir”, - almaniyalı nazir qəzetə açıqlamasında deyib. Xatırladaq ki, oktyabrın 12-də Hollandiyanın İqtisadi İşlər nazirliyi “Nexperia” şirkətinə strateji aktivləri qorumaq üçün müstəsna hallarda istifadə tədbiri olan “əlçatanlıq qanunu”nun tətbiq ediləcəyini bildirib. Oktyabrın 14-də Amsterdam Apelliasiya Məhkəməsi şirkətin baş direktoru Çjan Syueçjeni vəzifədən kənarlaşdıraraq, onun yerinə müvəqqəti direktor təyin edib. Eyni zamanda, yalnız bir səhm istisna olmaqla, məhkəmənin qərarı ilə “Nexperia Holding” şirkətinin bütün səhmləri müstəqil menecerin idarəçiliyinə verildi. “Bloomberg” agentiliyi bildirir ki, məhz bunun cavbında Pekin “Nexperia” şirkətinə ixrac məhdudiyyətləri qoyaraq, onun Çindəki törəmə şirkəti və subpodratçılarına bəzi çiplərin ixracını qadağan edib. Çinin “Wingtech” konqlomeratına məxsus olan “Nexperia” şirkəti Avropanın avtomobil və məişət elektronikası sənayesini mikroçiplərlə təmin edir. Sahil İsgəndərov

AzVision.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
25
azvision.az

1Источники