Avtosfer saytına istinadən ain.az xəbər verir.
Sumqayıt şəhəri, General Məhəmməd Əsədov küçəsində qayda pozan sürücü avtomobilin videoregistratoruna düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə oktyabrın 22-də saat 10:57 radələrində qeydə alınıb. Kadrdan göründüyü kimi, 99-LA-323 dövlət nömrə nişanlı “Nissan” markalı avtomobilin sürücüsü manevr qaydasını pozub. Belə ki, sağ zolağa keçmək istəyən sürücü həmin zolaqdakı maşını sıxışdıraraq qəza şəraiti yaradıb. Bir neçə cəhddən sonra o, sağ zolağa keçib.
Qeyd edək ki, Yol Hərəkəti Qaydalarına əsasən, manevr edən sürücü digər nəqliyyat vasitələrinin təhlükəsizliyinə əmin olmalıdır. Zolaq dəyişərkən digər avtomobili sıxışdırmaq və qəza vəziyyəti yaratmaq inzibati məsuliyyət yaradır. Bu cür davranışlar həm digər sürücülər üçün risk yaradır, həm də ümumi hərəkət təhlükəsizliyini pozur.
Nərmin
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.