RU

ABŞ vəd etdiyi dağıdıcı sanksiyaları Rusiyaya tətbiq etmək məcburiyyətində qalacaq ŞƏRH

Redaktor.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Məlum olduğu kimi, ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putinin görüşü ləğv olunub. Daha sonra Avropa İttifaqı Rusiya şirkətlərinə qarşı yeni sanksiyalar elan edib.

Bəs bundan sonra Ukrayna ilə bağlı vəziyyət necə olacaq?

Mövzu ilə bağlı Redaktor.az-a danışan politoloq Elçin Xalidbəyli bildirdi ki, ABŞ və Rusiya arasındakı siyasi-diplomatik təmaslarda proseslər Ağ Ev sahibinin istədiyi kimi getmir:

"Tramp artıq anlayır ki, Putin onu növbəti dəfə aldatmağa hazırlaşır. Alyaska görüşündə əldə olunan nəticələrin Rusiya tərəfindən pozulduğu kimi, Macarıstan görüşündə də əldə olunan nəticələr Putin tərəfindən pozula bilərdi. Artıq bütün dünya bilir ki, Putin Trampla Rusiyaya qarşı sanksiyaların tətbiq olunma ərəfəsində və eyni zamanda Ukraynaya uzaq mənzilli raketlərin verilmə ərəfəsində görüşür. Bunu bir neçə dəfə edib və Trampı atacağı addımdan çəkindirib".

Politoloqun sözlərinə görə, bütün dünya artıq bu reallığı və Rusiyanın bu taktikasını anlayır:

"Ancaq nədənsə Prezident Tramp hələ də Putinə ümid bəsləməkdə davam edir. Amerika və Rusiya arasında Ukrayna savaşı ilə bağlı anlaşmanın olması və yaxud da anlaşma olsa belə onun icra edilməsi demək olar ki, mümkün deyil. Bu da o deməkdir ki, bundan sonrakı mərhələdə də ABŞ və Rusiya arasında münasibətlərin gərginləşməsi qaçılmazdır. ABŞ vəd etdiyi dağıdıcı sanksiyaları Rusiyaya tətbiq etmək məcburiyyətində qalacaq. Bununla da Rusiyanın siyasi-diplomatik cəhdlər boşa çıxmış olacaq".

Aytəkin TOFİQQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
56
1
redaktor.az

2Источники