RU

Anar Əsədli həbs edildi

Ləğv edilmiş Azərbaycan Yüksəliş Partiyasının sədri Anar Əsədli həbs edilib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsi belə qərar çıxarıb.

Zərərçəkmiş şəxs A.Əsədli barəsində seçilmiş başqa yerə getməmək haqda qətimkan tədbirinin həbslə əvəz edilməsini istəyib.

Qeyd edək ki, Anar Əsədli barəsində 3 il əvvəl külli miqdarda dələduzluq maddəsilə başlanmış cinayət işi bu yaxınlarda Baş Prokurorluq tərəfindən yenilənib. İş baxılması üçün məhkəməyə göndərilmişdi.

“Cebheinfo.az”

Избранный
58
4
cebheinfo.az

10Источники