BAKI, TurkicWorld, Orxan Qədirzadə
Fransa Prezidenti Emmanuel Makron Ukraynaya əlavə "Mirage" tipli qırıcı təyyarələr və "Aster" zenit raket sistemləri göndərəcəklərini açıqlayıb.
TurkicWorld xarici KİV-ə istinadən xəbər verir ki, Makron bunu "İstəklilər koalisiyası"nın görüşü zamanı deyib.
Onun sözlərinə görə, Fransa həmçinin Ukrayna Silahlı Qüvvələri üçün yeni təlim proqramları həyata keçirməyi planlaşdırır.
 
                        