Flippində ölkənin mərkəzi hissəsindəki Kanlaon vulkanı püskürüb.
Publika.az xəbər verir ki, bu barədə Filippin Vulkanologiya və Seysmologiya İnstitutu məlumat yayıb.
Məlumata görə, hadisə yerli vaxtla saat 20:06-da qeydə alınıb. Püskürmə 2-3 dəqiqə davam edib. Nəticədə hündürlüyü 2 kilometrə çatan kül buludu yaranıb.
Ərazidə 2-ci səviyyədə xəbərdarlıq elan edilib, 4 kilometr radiusda ərazi təhlükəli zona olaraq qiymətləndirilib.
 
                        