RU

Kyeza “Liverpul”un sentyabrın ən yaxşısı seçildi

“Liverpul”un hücumçusu Federiko Kyeza sentyabr ayının ən yaxşı oyunçusu seçilib.

90deqiqe.Az-ın məlumatına görə, italyan futbolçu səsvermədə 34% dəstək toplayıb.

Qapıçı Alisson Beker və yarımmüdafiəçi Ryan Gravenberx hər biri 18% səs toplayıb.

Sentyabrda Kyeza “Liverpul”un üç oyununda çıxış edərək bir qol vurub və bir məhsuldar ötürmə edib. Mövsümün hazırkı mərhələsində 27 yaşlı hücumçu 8 oyuna çıxıb, 2 qol vurub və 3 məhsuldar ötürmə edib.

Arne Slotun komandası Premyer Liqada 8 turdan sonra 15 xalla 4-cü pillədə qərarlaşıb.

Избранный
94
90deqiqe.az

1Источники