Yağışlı hava şəraiti ağır yol qəzasına səbəb olub. Avtosfer.az xəbər verir ki, hadisə Türkiyənin Manisa bölgəsində baş verib. Məlumata görə, Dənizli-İzmir avtomobil yolunun Kavaklıdere kəsişməsində 39 yaşlı İsmayıl Göksenin idarə etdiyi 45-Y-8708 nömrə nişanlı pikap yağışlı hava səbəbindən sürüşkən yolda idarəetmədən çıxaraq aşıb. Zərbənin təsirindən aşmış vəziyyətdə sürəklənən pikap əks zolağa keçərək 20-AFU-681 nömrə nişanlı avtomobillə toqquşub.
 Qəza nəticəsində 2 nəfər ölüb, 3 nəfər xəsarət alıb.
 Yaralılara ilkin tibbi yardım göstərildikdən sonra  yaxınlıqdakı xəstəxanaya çatdırılıblar.
 Qəza ilə bağlı araşdırma başlanıb.
Namiq Musayev



