RU

Zelenski: Rusiya Ukraynada humanitar fəlakət yaratmağa çalışır

BAKI, 24 oktyabr. TELEQRAF

Rusiyanın kritik infrastruktura davamlı hücumları Ukraynada humanitar fəlakət yaratmaq məqsədi daşıyır.

Teleqraf "UNIAN"a istinadən xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski bildirib.

"Putin müharibəni dayandırmaq arzusunda deyil və bizi humanitar fəlakətə sürükləmək istəyir. Elekteik, qaz və su təchizatına hücum edərək, qışda bizə problemlər yaratmaq istəyir", - Zelenski vurğulayıb.

Ukrayna prezidenti əlavə edib ki, belə bir vəziyyətdə nə etmək lazım olduğu aydındır.

Zelenski qeyd edib ki, bu gün “İstəyənlərin Koalisiyası” Ukraynanın təhlükəsizliyinə təminat, Ukraynanın hava hücumundan müdafiəsinin gücləndirilməsi və enerji dəstəyini müzakirə edib.

Избранный
78
teleqraf.com

1Источники