RU

“Porsche” ilin üçüncü rübündə təxminən 1 milyard avro zərər açıqlayıb

Bakı. Trend:

Almaniyanın lüks avtomobil istehsalçısı “Porsche” 2025-ci ilinüçüncü rübündə təxminən 1 milyard avro zərər etdiyiniaçıqlayıb.

Trend xəbər verirki, bu proqnozlaşdırılandan çox olan itki şirkət tərəfindənstrateji yenidənqurma prosesi ilə izah edilib.

Yanvar-sentyabr aylarında konsernin əməliyyat mənfəəti ötən ilineyni dövrü ilə müqayisədə 99 faiz azalıb və 4 milyard avrodan 40milyon avroya düşüb. Təkcə üçüncü rübdə 967 milyon avro əməliyyatitkisi qeydə alınıb.

Şirkət xüsusilə Çində satışların azalması və lüks avtomobilbazarının iqtisadi zəifliyi səbəbindən böyük çətinliklərlə üzləşib.ABŞ-ın yüksək idxal rüsumları da zərərlərə təsir göstərib.

Bununla yanaşı, strateji istiqamətin dəyişdirilməsi əlavəxərclər yaradıb. “Porsche” planlaşdırılmış elektrik platformasınıntətbiqini təxirə salıb, batareya istehsalını dayandırıb vədaxiliyanma mühərrikli modellərə daha çox diqqət ayırır.

Qazancın kəskin azalmasına baxmayaraq, şirkətin gəliri və satışhəcmi cəmi 6 faiz azalıb. 2025-ci ilin sentyabrınadək “Porsche” 212min avtomobil sataraq 27 milyard avro dövriyyəyə nail olub.

Избранный
151
8
az.trend.az

10Источники