“Kontakt Home”dan alınan 1400 manatlıq Hoffman soyuducusu çatdırılma zamanı zədələnib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Barometr TV-yə müraciət edən şikayətçi Taleh Cabbarov bildirib.
Qapısı əzik çıxan soyuducu ilə bağlı müştəri sübutlar təqdim etsə də, mağaza məsuliyyəti qəbul etmir. “Baxış keçirilib, problem sizdədir” – deyə cavab verilib. Barometr TV məsələ ilə bağlı “Kontakt Home”dan açıqlama almağa çalışsa da, cavab gəlməyib.
 
                        