Bakı. Trend:
Yaponiya və ABŞ süni intellekt və simsiz rabitə texnologiyaları,o cümlədən 6G sahəsində əməkdaşlıq haqqında saziş imzalamağahazırlaşır.
Trend xəbər verirki, bu barədə “Nikkei” qəzeti məlumat yayıb.
Məlumata görə, sənədin ABŞ Prezidenti Donald Trampın 27oktyabrda başlayacaq Yaponiyaya səfəri zamanı imzalanmasıgözlənilir. Razılaşma tərəflər arasında müvafiq texnologiyalarınbirgə ixracını və üçüncü ölkələrdə, xüsusilə də Qlobal Cənubregionunda infrastrukturun qurulmasını nəzərdə tutur.
Qəzet qeyd edir ki, sazişlər bu sahədə Çinin artan təsirinəqarşı alternativ əməkdaşlıq modelini formalaşdırmaq məqsədidaşıyır.
Trampın səfəri 27–29 oktyabr tarixlərində baş tutacaq. ABŞprezidenti səfər çərçivəsində Yaponiyanın yeni Baş naziri SanaeTakaiti ilə danışıqlar aparacaq və İmperator Naruhito iləgörüşəcək. Bu, Trampın ikinci prezidentlik müddətində Yaponiyayailk səfəri olacaq.
 
                        