Bakı. Trend:
Böyük Britaniya hökuməti məscidlərin və müsəlman dinimərkəzlərinin hücumlardan qorunması məqsədilə təhlükəsizliktədbirlərinin gücləndirilməsinə 10 milyon funt sterlinq (təxminən13,3 milyon dollar) əlavə vəsait ayırmağı planlaşdırır.
Trend xəbər verirki, bu barədə Britaniya hökumətinin Mətbuat Xidməti məlumatyayıb.
Məlumata görə, ayrılacaq vəsait videomüşahidə və siqnalizasiyasistemlərinin quraşdırılması, hasarların tikintisi və mühafizəxidmətlərinin maliyyələşdirilməsi üçün istifadə olunacaq. Buməbləğ, hökumətin ötən il məscidlərin təhlükəsizliyinin təminedilməsinə ayırdığı 29,4 milyon funt sterlinq vəsaititamamlayacaq.
Baş nazir Kir Starmer vəsaitin ayrılması barədə qərarınıİngiltərənin Pisheyven şəhərindəki məscidə baş çəkdikdən sonraaçıqlayıb. Qeyd edək ki, sözügedən məscid oktyabrın əvvəllərindənaməlum şəxslər tərəfindən yandırılıb, lakin hadisə zamanı xəsarətalan olmayıb.