RU

Tramp: "Rusiyaya qarşı güclü sanksiyalar tətbiq etdik!"

ABŞ prezidenti Donald Tramp diqqət çəkən açıqlamalar verib.

Publika.az xəbər verir ki, o, Asiyaya uçan zaman təyyarədə jurnalistlərə deyib ki, Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar olduqca güclü sanksiyalardır. Bu açıqlama Ağ Evin veb saytında canlı yayımlanıb.

"Biz Rusiyaya qarşı çox əhəmiyyətli sanksiyalar tətbiq etdik və düşünürəm ki, onlar çox güclü sanksiyalardır", - deyə o bildirib.

Amerika lideri onu da əlavə edib ki, sanksiyalar öz təsirini göstərəcək. O, Rusiya prezidenti Vladimir Putinin yeni məhdudiyyət tədbirlərinin ölkəyə heç bir təsiri olmayacağı ilə bağlı iddiası ilə razılaşmayıb.

Избранный
44
publika.az

1Источники