Gəmidə həkim kimi fəaliyyət göstərən Tural Sultanovun itkin düşdüyü deyilir.
Publika.az Oxu.az-a istinadlaxəbər verir ki, bu barədə sosial şəbəkələrdə paylaşım edilib.
Paylaşımda bildirilib ki, o, 27 gündür itkin düşüb:
"Bu gün 27 gündür səndən heç bir xəbər ala bilmirik. Həkim əmimin, həkim oğlu, avqustda 33 yaşını gəmidə qeyd etdin, sentyabrda Xəzər səni aldı, yaraşıqlı Turalımız. 27 gündür atanın, ananın, ailənin, hamımızın gözü yoldadır, ağıllı, savadlı, uşaqla uşaq, böyüklə böyük olan, həkim Turalımız...
Gəmidə həkim olmağı özün seçmişdin, ailən istəməsə də...