RU

Milli Kitabxanada Qubadlı Şəhəri Günü ilə bağlı sərgi təşkil edilib

525.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Bu gün Qubadlı Şəhəri Günüdür. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamın əsasən hər il oktyabrın 25-i “Qubadlı Şəhəri Günü” kimi qeyd olunur. Bu tarixi gün münasibətilə Azərbaycan Milli Kitabxanasında “25 oktyabr - Qubadlı Şəhəri Günü” adlı virtual sərgi və eyniadlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.

525.az-a Milli Kitabxanadan verilən məlumata görə, virtual sərgidə Qubadlı şəhərinə dair rəsmi sənədlər, fotoşəkillər, aparılan bərpa və quruculuq işlərinə aid materiallar, Qubadlıya “Böyük Qayıdış”ın yüksək səviyyədə təmin olunması, Vətən müharibəsini və şanlı Zəfəri əks etdirən, Kitabxananın fondunda mühafizə olunan kitablar, məqalələr və digər materiallar Azərbaycan və xarici dillərdə nümayiş olunur.

Ənənəvi sərgidə isə Qubadlı şəhərinin tarixi, toponimləri, tarixi əhəmiyyət daşıyan maddi-mədəni abidələr, Vətən müharibəsi və böyük Qələbə, tarix yazan qəhrəmanların döyüş yolu haqqında Azərbaycan və müxtəlif dillərdə kitablar sərgilənir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
82
525.az

1Источники