Xalq artisti Şahnaz Haşımova əməliyyat olunub.
Bu barədə xalq artistinin nəvəsi Eldar Abdullayev bildirib.
Onun sözlərinə görə, Şahnaz Haşımovanın bu gün baş tutan əməliyyatı uğurlu olub. Onun müalicəsi hazırda palata şəraitində davam etdirilir, vəziyyəti yaxşıdır.