Azertag saytından alınan məlumata görə, ain.az bildirir.
Bakı, 25 oktyabr, AZƏRTAC
Şəhid İlqar Hümbətov 1996-cı ilin iyun ayında Bakıda anadan olub. Paytaxtdakı 116 saylı məktəbdə təhsil alıb. Təhsil həyatını peşə məktəbi ilə davam etdirən İlqar 2014-cü ildə hərbi xidmətə yollanıb. 2020-ci ildə hərbi təlimlərə qoşulub. İlqar Vətən müharibəsində sentyabrın 27-dən oktyabrın 13-dək döyüşlərdə iştirak edib. Oktyabrın 13-də qəhrəmancasına şəhid olub. İlqarın qohumları bunu bilsə də, övlad itkisi xəbərini ana-atasına heç kim deyə bilməyib. Şəhidin valideynləri bunu oktyabrın 25-i öyrənib...
Daha ətraflı AZƏRTAC-ın videomaterialında izləyə bilərsiniz.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.