RU

Biz həmişəkindən daha güclüyük! Ronaldo

Unikal.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Səudiyyə Ərəbistanının "Əl-Nassr" klubunun portuqaliyalı hücumçusu Kriştianu Ronaldo klubu ad günü münasibətilə təbrik edib.

"Unikal" xəbər verir ki, o, bu  barədə "X" hesabında yazıb. 

"Ad günün mübarək, "Əl-Nassr". Tarix davam edir və biz həmişəkindən daha güclüyük!" , - Ronaldo qeyd edib. 

Bildirək ki, klub 1955-ci ildə yaradılıb.

Ötən mövsüm Ronaldo "Əl-Nassr"ın heyətində bütün turnirlərdə 41 matçda 35 qol vurub və 4 məhsuldar ötürmə edib. Bu mövsüm Səudiyyə Ərəbistanı klubu beş oyundan 15 xalla Səudiyyə Ərəbistanı Liqasının cədvəlinə başçılıq edir.

Ronaldo və ailəsi 2023-cü ilin yanvar ayından "Əl-Nassr"ın hücumçusu olduğu Səudiyyə Ərəbistanına köçüb.  

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
33
3
unikal.az

6Источники