RU

Quterreş BMT TŞ-də təcili islahatlara çağırdı


BMT-nin Baş katibi Antonio Quterreş xəbərdarlıq edib ki, Təhlükəsizlik Şurasının (TŞ) “kövrək” legitimliyi fonunda onun tıxanmış vəziyyətinin davam etməsi və əsas məqsədini yerinə yetirə bilməməsi qlobal sülhü təhlükə altına ala bilər..

Baş katib diqqətə çatdırıb ki, BMT-nin beynəlxalq sülh və təhlükəsizliyin qorunması üzrə əsas orqanı olan TŞ-nin sanksiyalar tətbiq etmək və hərbi əməliyyatlara icazə vermək də daxil olmaqla əhəmiyyətli səlahiyyətləri var. Eyni zamanda, onun 15 üzvündən beşi daimi yerə və BMT Nizamnaməsinə uyğun olaraq veto hüququna malikdir. Şura sülhməramlılıqda, münaqişələrin həllində və beynəlxalq hüququn qorunmasında mərkəzi rol oynasa da, onun veto sistemi tez-tez hərəkətləri dayandırıb və tənqidlərə səbəb olub. TŞ-nin strukturu bir çox ölkə və yüksəkvəzifəli şəxs tərəfindən təmsil olunmayan hesab olunur ki, bu da Afrika və Latın Amerikası kimi regionları daimi səssiz qoyur.

Artıq 80 ildir ki, müharibələrə son qoymaq üçün Şuraya müraciət edənlərlə bağlı A.Quterreş bildirib: "Bu masada oturmaq imtiyazı, hər şeydən əvvəl, həmin insanların inancını qorumaq vəzifəsini daşıyır. Məqsədəuyğun Təhlükəsizlik Şurası olmadan dünya ciddi təhlükə altındadır".

BMT-nin rəhbəri bildirib ki, Təhlükəsizlik Şurası hegemonlar və imperiyalara aid deyil.

O, bəzi üzv dövlətlər tərəfindən BMT Nizamnaməsinin pozulmasının etimadı sarsıtdığını və qlobal sabitliyi təhlükə altına qoyduğunu qeyd edərək bildirib ki, Şuranın legitimliyi hələ də kövrək olaraq qalır.

Baş katib Afrika, Latın Amerikası və Karib dənizi üçün daimi nümayəndəlik də daxil olmaqla, dünya demoqrafik göstəricilərini daha yaxşı əks etdirmək üçün üzvlüyün yaradılmasına və genişləndirilməsinə çağırıb.

ZÜMRÜD

Избранный
31
8
baki-xeber.com

9Источники