RU

Kılıçdaroğlu siyasətdən getdi

Ajans.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, məhkəmə CHP-nin 38-ci adi qurultayının ləğvi ilə bağlı əsas iddianın “mövzusuz qaldığını” bildirərək, bu istiqamətdə qərar çıxarılmasına ehtiyac olmadığına qərar verib.   Məhkəmənin bu qərarı ilə CHP-nin sabiq sədri Kemal Kılıçdaroğlu prosesi uduzan tərəf olub. O, nə partiya rəhbərliyinə qayıda bilib, nə də bu müddət ərzində partiya daxilindəki təsirini qoruya bilib. 

13 illik sədrliyinə vida edən Kılıçdaroğlu aktiv siyasətdə qalacağını bəyan edib. O, Ankarada yeni bir ofis kirayələyib. İş ofisini isə “Altılı Masa” ittifaqının tərəfdaş partiyalarının -  İYİ Parti, DEVA və Gələcək Partiyasının qərargahlarının da yerləşdiyi Mustafa Kemal məhəlləsində açmağı seçib.

Избранный
24
5
Ajans.az

6Источники