RU

Endrik növbəti klubu üçün sərt şərtlər irəli sürdü

ain.az xəbər verir, Fanat saytına əsaslanaraq.

Gənc braziliyalı ulduz Endrik gələcək karyerası ilə bağlı tələblərini açıqlayıb.

Fanat.Az xəbər verir ki, ESPN Brasil-in məlumatına görə, futbolçu növbəti klubuna keçid üçün bir sıra konkret şərtlər irəli sürüb.

Mənbənin məlumatına əsasən, Endrikin növbəti komandası:

Avropanın “top-5” liqasından biri olmalı və ya Portuqaliyada ilk “üçlük”də yer almalıdır;

Çempionlar Liqası və ya Avropa Liqasında çıxış etməlidir;

Hücumameyilli futbol üslubuna sahib olmalıdır;

Hər mövsüm liqa çempionluğu uğrunda mübarizə aparmalıdır.

Qeyd edək ki, gənc forvard hal-hazırda “Real Madrid”in heyətində çıxış edir və gələcəyi ilə bağlı qərarını mövsümün sonunda verəcəyi gözlənilir.

Abunə Ol

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
16
1
fanat.az

2Источники