BAKI, 25 oktyabr. TELEQRAF
2026-cı ildə İsveç NATO-nun şərq cinahında hava hücumundan müdafiəni gücləndirmək üçün LVKV 90 zenit sistemlərini yerləşdirəcək.
Teleqraf xəbər verir ki, bu barədə İsveç Müdafiə Nazirliyi məlumat yayıb.
Yerləşdirilən sistemlər 2026-cı ildə Latviyaya çatacaq və İsveçin NATO-nun hava hücumundan müdafiə sisteminin gücləndirilməsinə töhfəsinin əsasını təşkil edəcək.