RU

Ana Vətən Partiyasının yeni sədri məlum oldu

Ana Vətən Partiyasının (AVP) sədrinin kimliyi məlum olub.

 

Pravda.az-ın xəbərinə görə, bu şəxs AVP-nin sabiq sədri Fəzail Ağamalının oğlu Elçin Ağamalıdır.

 

O, keçirilən növbədənkənar IX qurultayda partiya sədrliyinə namizədliyini irəli sürən və böyük əzmkarlıqla müdafiə edən partiya üzvlərinə təşəkkürünü bildirib: “Sizin birliyiniz nəticəsində mən partiyanın sədri seçildim. Əmin ola bilərsiniz ki, etimadınızı doğrultmaq və sizlərə laiq olmaq üçün var gücümlə çalışacam. Partiyamızın cəmiyyətdə nüfuzunun artırılması və güclənməsi üçün sizlərlə birlikdə çalışacağıq. Siyasi xəttimiz dəyişməz olaraq davam edəcəkdir”

Tarix: 25 Oktyabr 2025, 22:28   
Избранный
139
pravda.az

1Источники