Afrika Futbol Konfederasiyası 2025-ci il üçün “Afrikada ilin futbolçusu” mükafatına namizədlərin siyahısını açıqlayıb.
"Football-plus.az" xəbər verir ki, siyahıya 10 oyunçu daxil edilib.
Fərdi mükafat uğrunda mübarizə aparacaq futbolçular bunlardı: Andre-Frank Zambo Angissa (“Napoli”, Kamerun), Fiston Mayele (“Piramids”, Konqo DR), Məhəmməd Salah (“Liverpul”, Misir), Deni Buanqa (“Los Anceles”, Qabon), Seru Girassi (“Borussiya Dortmund”, Qvineya), Əşrəf Hakimi (PSJ, Mərakeş), Ussama Lamliui (RSB, Mərakeş), Viktor Osimhen (“Qalatasaray”, Nigeriya), İliman Ndiaye (“Everton”, Seneqal), Pap Matar Sarr (“Tottenhem”, Seneqal).
Yeri gəlmişkən, ötən il mükafata “Atalanta”nın hücumçusu Ademola Lukman layiq görülüb.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта