RU

Almaniyada Merzə olan narazılıq rekord həddə çatdı

ain.az bildirir, Axar.az portalına istinadən.

Almaniyada kansler Fridrix Merzin rəhbərlik etdiyi hökumətdən narazılıq rekord səviyyəyə çatıb.

Axar.az “Bild” qəzetinə istinadən xəbər verir ki, bu barədə İNSA sosiologiya institutu sorğu keçirib.

Məlumata görə, sorğuda iştirak edənlərin 66%-i Merz kabinetinin fəaliyyətindən narazıdır.

Bu, oktyabrın 10-da keçirilmiş analoji sorğunun nəticələrindən üç faiz bəndi çoxdur. Yalnız 25%-i hökumətin fəaliyyətindən razı qaldığını, 9%-i isə əmin olmadığını bildirib.

Bundan əlavə, almanların demək olar ki, yarısı - 49%-i hakim koalisiyanın 2029-cu ildə mövcud qanunvericilik müddəti başa çatana qədər dağılacağına inanır. Ancaq 32%-i bunun baş verməyəcəyinə düşünür. Sorğuda iştirak edənlərin 19%-i isə buna əmin deyil.

Qeyd edək ki, sorğu oktyabrın 23-24-də keçirilib və 1003 respondent iştirak edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
94
axar.az

1Источники