RU

Moskva və Almatı arasında birbaşa dəmir yolu əlaqəsi bərpa edilir

BAKI, 26 oktyabr. TELEQRAF

2017-ci ildə dayadırılan Moskva və Almatı arasındakı birbaşa qatar reysləri yenidən bərpa olunur.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya Dəmir Yolları məlumat yayıb.

Qurum tərəfindən qeyd edildiyi kimi, Qazaxıstan Dəmir Yolları ilə razılaşdırılaraq şəhərlər arasında birbaşa əlaqə bərpa olunur, birbaşa vaqonlar hər gün işləyəcək.

Konkret olaraq, sərnişinlər oktyabrın 26-da yerli vaxtla saat 20:00-da Almatıdan 7/8 nömrəli Almatı-Saratov qatarı ilə, Moskvadan isə oktyabrın 30-da Moskva vaxtı ilə saat 19:27-də 85/86 nömrəli Moskva-Dərbənd qatarı ilə yola düşəcəklər. Səyahət vaxtı təxminən üç gün yarımdır.

Избранный
88
teleqraf.com

1Источники