BAKI, 26 oktyabr. TELEQRAF
Bu gün Azərbaycan Premyer Liqasında IX tura yekun vurulacaq. 
 
 Teleqraf xəbər verir ki, günün ilk matçında "Qəbələ" "Neftçi"ni qəbul edəcək.
“Qırmızı-qaralar” hazırda 5 xalla turnir cədvəlinin 10-cu, “ağ-qaralar” isə 9 xalla 9-cu pilləsində yer alır.
Günün son qarşılaşmasında isə "Qarabağ" və "Şamaxı" komandaları qarşı-qarşıya gələcək. “Köhlən atlar" 16 xalla turnir cədvəlinin 2-ci, “şirlər” isə 9 xalla 8-ci pilləsində yer alır.
Azərbaycan Premyer
Liqası, IX tur
26 oktyabr
16:00. “Qəbələ” – “Neftçi”
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Cəmil Quliyev, Vüqar Həsənli
VAR: Elçin Məsiyev
AVAR: Pərvin Talıbov
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Qəbələ şəhər stadionu
 
 18:30. “Qarabağ” – “Şamaxı”
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Eyyub İbrahimov, Kamran Əliyev
VAR: Nicat İsmayıllı
AVAR: Elşad Abdullayev
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Elgiz Abbasov
 “Azersun Arena”
 
 Qeyd edək ki, turun daha öncə baş tutan oyunlarında "Turan Tovuz" səfərdə "Karvan-Yevlax"ı 2:1, "İmişli""Kəpəz"i 3:0, "Zirə" isə evdə "Sumqayıt"ı 1:0 hesabı ilə məğlub edibsə,"Araz-Naxçıvan" - "Sabah" görüşündə qalib müəyyənləşməyib - 2:2.