RU

Radanın deputatı Rusiya ilə münaqişənin səbəbini açıqlayıb

Ali Radanın deputatı Artem Dmitruk bildirib ki, Ukraynada Rusiya ilə münaqişə ölkə lideri Vladimir Zelenskiyə görə başlayıb.

NOCOMMENT.az xəbər verir ki, o, bu barədə sosial şəbəkədə yazıb.

Dmitruk Rusiya ilə münaqişənin səbəbkarı kimi Zelenskini göstərib və onun hakimiyyətdə olduğu müddətdə “Ukraynadan qan axdığını” vurğulayıb.

“Səbəbi aradan qaldırın və sülh yoluna başlayın. Atəşkəs, keçid dövrü, qanunun aliliyi, yaşamaq, üsyan yox”, – deyə deputat yekunlaşdırıb.

Dmitruk daha əvvəl bəyan etmişdi ki, Zelenski və onun rejimi Ukrayna xalqına qarşı soyqırımda günahkardır. “O, ölkəni konsentrasiya düşərgəsinə, ukraynalıları isə xərclənən materiala çevirən adamdır”, – o vurğulayıb.

Избранный
66
nocomment.az

1Источники