Xorvatiyada futbol üzrə ölkə çempionatının 11-ci turu keçirilib.
Apasport.az xəbər verir ki, azərbaycanlı yarımmüdafiəçi Rüfət Abdullazadənin çıxış etdiyi “Varajdin” doğma meydanda “Slaven Belupo”nu qəbul edib.
Abdullazadə meydana 16-cı dəqiqədə daxil olsa da, 75-ci dəqiqədə əvəzlənib. 1:3 hesabı ilə məğlub olan "Varajdin"in heyətində Abdullazadə yeganə qolun asistini edib.
Qeyd edək ki, hazırda “Varajdin” 15 xalla turnir cədvəlində 5-ci yerdə qərarlaşıb.
“Zirə”dən minimalhesablı qələbə - YENİLƏNİB
"Sərhədçi" ilə oyunda xarakter göstərdik"
“Kəpəz”lə oyunda ciddi zədə alan futbolçunun son durumu bəlli olub
Valdas Dambrauskas: "Hakimin son saniyədəki qərarı bizə böyük zərər verdi”
Elmar Baxşıyev: "Komandam əzmkarlıq və xarakter göstərdi"