Idman.biz portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Bu gün Misli Premyer Liqasının IX turunun son iki oyunu keçiriləcək.
İdman.Biz xəbər verir ki, günün ilk qarşılaşması Qəbələ şəhər stadionunda start götürəcək.
Meydan sahibləri "Neftçi"ni qəbul edəcək.
Qarşılaşma saat 16:00-da start götürəcək. "Qəbələ" 5 xalla 10-cu, paytaxt təmsilçisi isə 9 xalla 9-cu pillədə qərarlaşıb.
Misli Premyer Liqası
I dövrə, IX tur
26 oktyabr
16:00. “Qəbələ” – “Neftçi”
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Cəmil Quliyev, Vüqar Həsənli
VAR: Elçin Məsiyev
AVAR: Pərvin Talıbov
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Qəbələ şəhər stadionu
Qeyd edək ki, turun ötən gün keçirilən oyunlarında “Turan Tovuz” “Karvan-Yevlax”ı (2:1), “İmişli” isə “Kəpəz”i (3:0), "Zirə" "Sumqayıt"ı (1:0)məğlub edib. "Araz Naxçıvan" - "Sabah" matçı isə heç-heçə yekunlaşıb.
İdman.Biz
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.