RU

Kremlin adamı ABŞ-a Putinin şəkli olan konfetlər apardı

Rusiya prezidentinin investisiya və iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi, Rusiya Birbaşa İnvestisiya Fondunun (RİF) rəhbəri Kirill Dmitriev diplomatik hədiyyə olaraq Nyu-Yorka Rusiya prezidenti Vladimir Putinin şəkli olan şokoladlar aparıb.

Bizim.Media xəbər verir ki, o, bu barədə "Telegram" kanalında məlumat verib.

Rəsmi qeyd edib ki, konfetlər Rusiya-ABŞ dialoqu üçün hədiyyə kimi nəzərdə tutulub.

Konfetlərin üzərində Putinin “Rusiya ilə güclü mövqedən dialoq aparmaq mənasızdır” sözləri yer alıb.

Bizim.Media

Избранный
31
8
bizim.media

9Источники