Bakı. Trend:
Nizami Kino Mərkəzində Vətən müharibəsindəki qələbəmizin 5illiyi münasibətilə “Zəfər rəqsi” qısametrajlı bədii filmininqala-premyerası keçirilib.
Trend-inməlumatına görə, film “Ədibin Evi” Ədəbiyyata Dəstək Fondununtəşəbbüsü, “Balakhani Operating Company” hasilat şirkətinin vəYAŞAT Fondunun dəstəyi ilə ASAN TV tərəfindən istehsal olunub.
Tədbirdə əvvəlcə şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yadedilib, Dövlət Himni səsləndirilib.
Qala gecəsində IX “Muğam” Televiziya Müsabiqəsinin qalibi AytacBəybalayeva və finalçılardan biri Kənan Novruzov musiqi nömrələriilə çıxış ediblər. Tədbir çərçivəsində Zəfərimizlə bağlıvideoçarxlar da təqdim olunub.
Ekran əsərinin quruluşçu rejissoru və ssenari müəllifi GərayHəsən AZƏRTAC-a açıqlamasında bildirib ki, ekran əsəri Mir Cəlaladına Hekayə Müsabiqəsinin mükafatçısı, mərhum yazıçı YaşarBünyadın “Heyvagülü” hekayəsinin motivləri əsasında çəkilib. Əsasrolların ifaçıları Azər Aydəmir, Günay Əhməd, Nurlan Mürsəlzadə vəNiyaz İlyasoğludur. Film iki ay ərzində ərsəyə gəlib, çəkilişprosesi isə iki həftə davam edib.
Azər Aydəmir yaradıcılığında ilk dəfə qazi obrazınıcanlandırdığını və bu filmin yaddaşında xüsusi layihə kimiqalacağını söyləyib. O, kino sahəsində çalışanların qələbəmizəbədii, audiovizual formada töhfə verdiyini qeyd edərək deyib:“Filmin qəhrəmanı müharibədən sonra sadəcə rəqs etmək arzusu olanşəxsdir. Amma təəssüf ki, qazimiz döyüşdə aldığı yaralar səbəbindənayaqları ilə bağlı ciddi zədələr alıb və bu arzusunun gerçəkləşməsimümkünsüz görünür. Filmin sonunda o, bu arzunu gerçəkləşdirir.Arzum budur ki, tamaşaçılar filmi sevsin, paylaşsın, daha çoxinsanın izləməsinə səbəb olsun”.
Filmin nümayişindən əvvəl çıxış edən “Balakhani OperatingCompany” hasilat şirkətinin rəhbəri Rövşən Rzayev ölkəmizdə güclüiqtisadiyyatın qurulması və ordu quruculuğunun inkişafının millidirçəlişin əsasını təşkil etdiyini diqqətə çatdırıb. “Balaxanıneftin beşiyi olmaqla yanaşı, kino tariximizin də başlandığıməkandır. Burada çəkilmiş qısametrajlı filmlər milli kino irsimizinbünövrəsini qoyub. Biz bu mədəni irsi davam etdirməkdən qürurduyuruq”,- deyə R.Rzayev əlavə edib.
Azərbaycan Respublikasının Prezidenti yanında VətəndaşlaraXidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri ÜlviMehdiyev bildirib ki, gənclər siyasətinin, mədəniyyət və təhsilsahəsində aparılan məqsədyönlü işlərin nəticəsində bu gün gəncnəsil Zəfərin mənəvi dəyərini dərindən anlayır. “Qürurverici haldırki, bu illər ərzində gənclərimiz Vətən müharibəsinin qəhrəmanlıqruhunu unutmur və bu mövzunu yaşatmaq üçün müxtəlif sahələrdə, ocümlədən mədəniyyət və təhsil istiqamətində fəal şəkildəçalışırlar. “Ədibin Evi” Ədəbiyyata Dəstək Fondu mədəniyyətin vəədəbiyyatın təbliği, onların yaşadılması istiqamətində mühümlayihələr həyata keçirir. “Zəfər rəqsi” filmi də bu dəyərlitəşəbbüslərdən biridir. Qürurla qeyd etmək istəyirəm ki, bugünədək40 mindən çox gənc “ASAN xidmət”də könüllü kimi fəaliyyət göstərib.Eyni zamanda, YAŞAT Fondunun fəaliyyəti çərçivəsində 18 mindən çoxşəhid ailəsi ilə görüşlər keçirilib, onların sosial rifahıistiqamətində mühüm tədbirlər görülüb. Şəhid övladlarının adınadepozit hesabları açılır və bu vəsaitlər uşaqlar 6 yaşına çatdıqdansonra onların istifadəsinə verilir. Bundan əlavə məktəbləvazimatlarının təminatı, YAŞAT düşərgələrinin təşkili kimi sosiallayihələr də davamlı şəkildə həyata keçirilir”.
“Ədibin Evi” Ədəbiyyata Dəstək Fondunun direktoru ŞəfəqMehrəliyeva bu filmin Azərbaycan xalqının qəhrəmanlığına, Vətənmüharibəsindəki şücaətinə ithaf olunduğunu qeyd edib.
Daha sonra ekran əsəri nümayiş olunub.
Qeyd edək ki, “Zəfər rəqsi” filmi noyabrın 8-i – Zəfər Günündəİctimai Televiziyada geniş tamaşaçı auditoriyasına təqdimolunacaq.