Bakı. Trend:
ABŞ tezliklə Asiyadakı bir sıra tərəfdaşları, o cümlədənYaponiya və Cənubi Koreya ilə ticarət müqavilələri bağlayacaq və yabağlamağa yaxın olacaq.
Trend-in məlumatına görə, bu barədə ABŞ Prezidenti Donald TrampKuala Lumpurda keçirilən Cənub-Şərqi Asiya DövlətləriAssosiasiyasının (ASEAN) sammitində bildirib.
"Cənub-Şərqi Asiya Amerikanın ən vacib müttəfiqlərindən vətərəfdaşlarından biridir. Bütün dünya sizə baxır”, - deyə o,ASEAN-ABŞ sammitində çıxış edərkən bildirib.
"Bu həftə Malayziya ilə razılaşmaya əlavə olaraq, KambocadanYaponiyaya və Cənubi Koreyaya qədər Hind-Sakit Okean bölgəsindəkibir çox digər tərəfdaşlarımızla ticarətlə bağlı [müqavilələr]imzaladığımızdan və ya yaxınlaşdığımızdan məmnunuq", - deyə D.Trampbildirib. O qeyd edib ki, Vaşinqton enerji, texnologiya, süniintellekt, vacib minerallar və digər sənaye sektorlarındaəməkdaşlığı inkişaf etdirmək istəyir.