RU

"Teymur Əmrah acından ÖLMÜR"

Əməkdar artist Nüşabə Ələsgərli həmkarı Kərim Abbasovun qalmaqallı fikirlərinə münasibət bildirib.

"Ölkə.az" xəbər verir ki, o, "Öz aramızda" verilişində bir müğənninin "Teymur Əmrah kimi acından ölmək istəmirəm" sözlərinə cavab verib.

Sənətçi həmkarının müdafiəsinə qalxıb və onun kifayət qədər pul qazandığını bildirib:

"O acından ölmür, iki yerdə çalışır. Aylıq gözəl maaşı var. Özəl tədbirlərə də dəvət alır. Dövlət tədbirlərindən də qonarar alır. Xüsusi insanlar var ki, sənətə qiymət verib, ona qulaq asmaq istəyirlər. Onlar dəvət edir.

Övladı olan sənətçini də başa düşürəm. Sənətin biznes, toy yolunu tutub. Özünə görə haqqlıdır. Burada qıcıqlandırıcı söz - "acından ölməkdir"".

Избранный
28
8
olke.az

10Источники