RU

Luvr muzeyində 88 milyon avroluq oğurluğa görə iki nəfər saxlanılıb

Fransız polisi Paris yaxınlığında yaşayan iki şübhəlini həbs edib...

Poliqon xəbər verir ki, Le Parisien qəzetinin məlumatına görə, saxlanılanlar təxminən otuz yaşlarında olan iki kişi olub. Onların hər ikisi paytaxtın yaxınlığında yerləşən Sen-Sen-Deni departamentində yaşayır. Həbs əməliyyatı Parisin mütəşəkkil cinayətkarlıqla mübarizə idarəsi tərəfindən aparılan istintaq çərçivəsində həyata keçirilib.

Məlumata əsasən, şübhəlilərdən biri saat 22:00 radələrində Paris–Şarl-de-Qoll hava limanında ölkədən çıxmaq istədiyi anda tutulub. Bu barədə Le Parisien və Paris Match nəşrləri yazıb.

Hadisə ötən bazar günü səhər saat 9:30-da baş verib. Dörd nəfərdən ibarət quldur dəstəsi dünyanın ən çox ziyarət edilən muzeyi olan Luvra oğurlanmış mebeldaşıma yük maşını ilə gəlib. Maşın xüsusi qaldırıcı mexanizmlə və pilləkənlə təchiz olunmuşdu. İki nəfər həmin avadanlıq vasitəsilə muzeyin birinci mərtəbəsində yerləşən “Apollon Qalereyası”na daxil olub.

Onlar işçi kimi görünmək üçün parlaq narıncı tikinti jiletləri geyiniblər, pəncərənin kilidsiz olduğunu görüb şüşəni sındırıblar. Daha sonra “bolqar” aləti ilə iki vitrin qırılıb. Oğrular qiymətli eksponatları götürdükdən sonra aşağı enib, motosikletlərlə hadisə yerindən uzaqlaşıblar.

Polis hadisə ilə bağlı daha iki nəfərin axtarışda olduğunu bildirib.

Poliqon.info

Избранный
31
poliqon.info

1Источники