RU

Ağdaşda ağır qəza, ölənlər var -

Bu gün səhər saat 06 radələrində Bakı-Qazax avtomobil yolunun Ağdaş rayonu ərazisindən keçən hissəsində 2 nəfərin ölümü ilə nəticələn qəza baş verib.

Metbuat.az xəbər verir ki, qəza mişar daşı daşıyan qoşqulu “KamAZ” markalı yük maşını ilə balıq daşıyan digər yük avtomobilinin toqquşması nəticəsində baş verib.

Hadisə Ağdaş və Yevlax rayonlarının inzibati sərhədlərinin yaxınlığında qeydə alınıb. Güclü zərbənin təsirindən balıqlar yola və ətraf əraziyə səpələnib.

Hadisə nəticəsində"Qazel"in sürücüsü, 30 yaşlı Eldar Tağıyev və sərnişini aldıqları xəsarətlərdən hadisə yerində ölüblər. Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Избранный
42
2
metbuat.az

10Источники