Zərdabda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb. Hadisə günorta saatlarında Ağcabədi-Zərdab avtomobil yolunda baş verib.
AZƏRTAC-ın məlumatına görə, hərəkətdə olan iki minik avtomobili toqquşub. Qəza nəticəsində bir nəfər həyatını itirib.
Hadisənin təfərrüatları və ölümün səbəbi araşdırmalardan sonra məlum olacaq.