ABŞ yaxın vaxtlarda Yaponiya və Cənubi Koreya da daxil olmaqla Asiyadakı bir sıra tərəfdaşları ilə ya ticarət müqavilələri bağlayacaq, ya da bağlamağa yaxın olacaq.
Aznews.az xəbər verir ki,ABŞ Prezidenti Donald Tramp bunu Kuala-Lumpurda keçirilən Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının sammiti çərçivəsində açıqlayıb.
"Cənub-Şərqi Asiya Amerikanın ən vacib müttəfiqlərindən və tərəfdaşlarından biridir. Bütün dünya sizə bərabərdir. Mən burada dostluq və xoşməramlılıq missiyası ilə, əlaqələrimizi, ticarətimizi dərinləşdirmək və təhlükəsizliyimizi gücləndirmək üçün gəlmişəm", - ABŞ lideri əlavə edib.