RU

“Yamal hələ gəncdir, ona anlayışla yanaşmaq lazımdır”

“Barselona”nın sabiq müdafiəçisi Jerard Pike “El-Klasiko” öncəsi Madrid “Real”ı barədə sərt ifadələr işlədən gənc hücumçu Lamin Yamalı müdafiə edib.

90deqiqe.Az-ın məlumatına görə, jurnalist Jerar Romero Pikenin dediklərini belə çatdırıb.

“Gəlin, Lamin Yamalı olduğu kimi qəbul edək. Aydındır ki, o, hələ təcrübə qazanacaq — axı 18 yaşında heç kim 38 yaşındakı kimi davranmır. Onun ‘Real’ haqda sözlərinə gəlincə, bu, başadüşüləndir. Onlar sadəcə öz Laminlərinə sahib olmaq istəyərdilər”

Xatırladaq ki, 18 yaşlı Yamal daha əvvəl ispan media futbol turniri "Kings League"də çıxış edən “Porsinos” komandasının “Real Madrid”ə bənzədiyini soruşan jurnalistə cavabında belə demişdi:

“Bəli, əlbəttə. Onlar aldatmağı və şikayət etməyi sevirlər.”

Избранный
51
42
90deqiqe.az

10Источники