Çin sahillərində gəmilər toqquşdu - 2 nəfər itkin düşdü
Ajans.az xəbər verir ki,bu barədə "Xinhua" agentliyi məlumat yayıb. Məlumata görə, hadisə şənbədən bazar gününə keçən gecə Çjuçzyan çayının mənsəbində baş verib. Nəticədə yük gəmisi batıb və 15 heyət üzvündən ikisi itkin düşüb. Hakimiyyət orqanları axtarış-xilasetmə əməliyyatına başlayıb.