RU

Yevlaxda qəza olub - Ölənlər var

19:54 26.10.2025
19:54 26.10.2025

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Yevlax şəhərinin Yuxarı Qarxun kəndində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

Nazirlikdən Mynews.az-a verilən məlumata görə, Aran Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə hadisə yerinə cəlb olunublar.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, "Mercedes" və "КамАЗ” markalı iki yük avtomobili toqquşub, 2 nəfər yük avtomobilində sıxılı vəziyyətdə qalıb.

Həyata keçirilən tədbirlər nəticəsində sıxılı vəziyyətdə qalan 2 nəfərin meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.


Избранный
179
18
mynews.az

10Источники