RU

Tramp Pakistan və Əfqanıstan arasında gərginliyin həllini təmin edəcəyini bildirib

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp Pakistan və Əfqanıstan arasındakıgərginliyin çox tez həllini təmin edəcəyini bildirib.

Trend-inməlumatına görə, Malayziyanın paytaxtı Kuala Lumpurda Cənub-ŞərqiAsiya Dövlətləri Assosiasiyasının (ASEAN) 47-ci sammitində iştirakedən Tramp iki ölkə arasındakı əlaqələrə dair qiymətləndirmələredib.

"Mən eşitdim ki, Pakistan və Əfqanıstan arasında danışıqlarbaşlayıb. Mən bunun çox tez həll olunacağına əminəm", - deyə TrampPakistan liderlərini "gözəl insanlar" adlandırıb.

Qeyd edək ki, oktyabrın 15-də Pakistan və Əfqanıstan arasındabaş verən sərhəd toqquşmalarından sonra elan edilən 48 saatlıqatəşkəs Türkiyə və Qətərin dəstəyi ilə uzadılıb.

Məqalədə:
Избранный
39
5
az.trend.az

10Источники