RU

Tusk: Zelenski dedi ki, Rusiyaya qarşı müharibəni daha 2-3 il davam etdirə bilər

BAKI, 26 oktyabr. TELEQRAF

Polşanın Baş naziri Donald Tusk bildirib ki, Ukrayna Prezidenti Volodimir Zelenski ona Kiyevin Rusiyaya qarşı mübarizəni azı iki-üç il davam etdirə biləcəyini deyib.

Teleqraf "The Sunday Times”a istinadən xəbər verir ki, Tusk cümə axşamı baş Zelenski ilə telefon danlşığı aparıb. Mövzu Ukraynada davam edən müharibəyə və Rusiyanın Qərbi Avropaya artan təhlükəsinə həsr olunub.

“Şübhə etmirəm ki, Ukrayna müstəqil dövlət kimi mövcud olmağa davam edəcək. İndi ən vacib sual daha nə qədər qurbanımızın olmasıdır. Prezident Zelenski cümə axşamı mənə dedi ki, müharibənin on il davam etməyəcəyinə ümid edir, lakin Ukrayna daha iki-üç il döyüşməyə hazırdır".

Polşa lideri Rusiyanın ABŞ-nin neft sektorunu hədəf alan yeni sanksiyaları fonunda uzunmüddətli problemlərlə üzləşəcək: "Rusların həqiqətən də ciddi iqtisadi problemləri var. Rusların Qərb, xüsusən də Avropa üzərində bir mühüm üstünlüyü var: onlar döyüşməyə hazırdırlar. Avropada illüziyalar dövrünün başa çatmasından danışırıq. Qorxuram ki, artıq gecdir. Bütün təhlükələrə düzgün hazırlaşmaq üçün çox gecdir, amma sağ qalmaq üçün hələ də gec deyil", - o deyib.

Избранный
105
1
teleqraf.com

2Источники